Home az ru en

Elan

29/01/2019

Hörmətli konsorsium üzvləri,

2019-cu il yanvar ayının 30-da, saat 9.30-da , EBSCO-nun Azərbaycan Respublikası üzrə yeni təmsilçisi Mehmet Can Soyulmazın içtirakı ilə həm təqdimat və həm də görüş səviyyəsində tədbirimiz olacaqdır. Tədbirdə Az.KİK-ə üzv olan təşkilatların EBSCO-nun abunə yazılışına cavabdeh olan şəxslərin iştirakı vacibdir. Təmsil etdiyiniz təşkilat rəhbərləri ilə EBSCO-ya 2019-cu ildə bu təşkilatın abunə yazılışını davam edib və ya etməyəcəyi haqqında ciddi danışıqlar aparmağınızı xahiş edirəm. Danışıqların nəticələrini  birbaşa təmsilçimiz Mehmet Can Soyulmaz ilə müzakirə edəcəksiniz - irad və təklifləriniz də nəzərə alınacaq. Ona görə də sizdən mütləq və mütləq şəkildə tədbirdə və müzakirələrdə iştirak etməyinizi xahiş edirəm.

Elanı Mehmet bey hazırlamışdır, mən elanı üzv təşkilatların nümayəndələrinə göndərirəm və sizləri bu tədbirə dəvət edirəm.

Hörmətlə,

Cəmilə Yusifova

 

Ünvan: AMEA-nın Mərkəzi Elmi Kitabxanası

Bookmark and Share