Elektron kataloqunun yenilənmiş formasının təqdimat mərasimi keçirilmişdir
25/04/2019Təqdimat mərasimində Elmi kitabxananın direktoru İbrahimova Sara xanım, Elmi kitabxananın direktor müavini Miriyeva Nuridə, “Kitabxanaların kompüterləşdirilməsi” Elmi-tədqiqat laboratoriyasının işçiləri Kitabxanaçılıq və informasiya fakültəsinin dekanı Qurbanov Azad və Kitabxanaşünaslıq kafedrasının dossenti İsmayılova Nigar və Elmi kitabxananın əməkdaşları iştirak etdilər.
Elmi kitabxananın direktoru Sara xanım İbrahimova Elektron kataloqun yaranıb davam etdirilməsində Elmi kitabxananın əməkdaşlarının çətin və gərgin işindən danışıb sözü Nigar İsmayılovaya verdi.
İsmayılova Nigar əvvəlcə Elmi kitabxanananın Elektron kataloqunun biblioqrafik təsvirləri barədə məlumat verdi, sora isə Elektron kitabxananın yenilənmiş formasının təqdim etdi. Sonda iclas iştirakçılarının suallarına cavab verdi.
5.679 adda kitab tammətnli elektron kitabxanaya yerləşdirilib.
45.025 adda kitabın elektron kataloqu yaradılıb və Elmi kitabxananın əməkdalarının zəhməti sayəsində davam edir bunlardan:
15.753 – ü 1921-2001-ci illəri əhatə edən Azərbaycan dilində,
13.528 – i müxtəlif dillərdə yeni kitablar,
11.035 – i kimya (rus dilində),
3.156 – sı biologiya (rus dilində),
530 – u xarici ədəbiyyat,
1.024 – ü beynəlxalq informasiya mübadiləsi fonduna aid kitabın və s.
34.909 – u jurnaldır, bunlardan:
12.361 – i humanitar,
17.016 – sı elmi-texniki,
1.942 – si xarici,
3.590 – ı Azərbaycan jurnalları
22.131 adda məqalə
15.920 addanadir kitablar
3.822 – dissertasiya və avtoreferatın biblioqrafik yazısı daxil edilmişdir.
