ELMİ KİTABXANADA NÖVBƏTİ ƏSASLI TƏMİR
15/09/2014
Elmi kitabxananın azərbaycanşünaslıq və şərq şöbəsinin abonementi və oxu zalı əsaslı təmirdən sonra Bilik günü öz ilk oxucularını qəbul etdi.
Universitetin rektoru akademik Abel Məhərrəmov, ərəb filologiyası kafedrasının müdiri akademik Vasim Məmmədəliyev təmiri bəyəndiklərini söylədilər və kitabxananın əməkdaşlarına uğur dilədilər.
Elmi kitabxananın direktoru Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Sara İbrahimova şöbədə həyata keçirilən əsaslı təmirə görə kitabxananın əməkdaşlarının adından akademik Abel Məhərrəmova təşəkkürünü bildirdi və bundan sonra xidmətin keyfiyyətini daha da artırılacaqlarını vurğuladı.
