Home az ru en

“Elmi kitabxana və Heydər Əliyev irsi” mövzusunda sərgi nümayiş olunub

17/05/2018

Bakı Dövlət Universitetində (BDU) ümummilli Heydər Əliyevin 95 illik yubileyi münasibətilə “Elmi kitabxana və Heydər Əliyev irsi” mövzusunda sərgi nümayiş olunub.

Sərgi BDU-nun elmi kitabxanası tərəfindən təşkil olunub.

Elmi kitabxananın direktoru Sara İbrahimova ulu öndər Heydər Əliyevin digər sahələrlə yanaşı, kitabxana işinə də yüksək qiymət verməsindən, bu sahənin inkişafı üçün bir sıra mühüm addımlar atmasından bəhs edib, sərgi barədə ətraflı məlumat verib.

Sərgidə ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilib.

Bookmark and Share