Home az ru en

Elmi Kitabxanada 15 fevral 2015-2017-ci il tarixdə Həmkarlar Təşkilatının hesabat-seçki yığıncağı keçirilmişdir

15/02/2017

İclasda Elmi kitabxananın əməkdaşları və BDU-nun Azad Həmkarlar Təşkilatı Komitəsinin nümayəndəsi, filologiya elmləri namizədi, dosent, BDU-nun Azad Həmkarlar Təşkilatının sədri Fikrət Şiriyev və İqtisadi-Təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlıda iştirak etdilər.

Gündəlik məsələ dinlənildi:

Elmi kitabxana Həmkarlar Təşkilatının ikillik hesabatını Elmi kitabxana Həmkarlar Təşkilatının sədri Roza Cəfərova məruzə etdi. Nuridə Miriyeva, Rəhilə Quliyeva, Emma Manayeva, Məryəm Quliyeva və kitabxananın direktoru Sara İbrahimova çıxış etdi. O, Elmi kitabxanada nizam-intizama riayət edilməsində, işçilər arasında əhval-ruhiyyənin yüksək olmasında Elmi kitabxana Həmkarlar Təşkilatının bürosunun, xüsusilə təşkilatın sədri Roza xanımın böyük xidmətindən danışdı və 2015-2017-ci il hesabat dövründə Elmi kitabxana Həmkarlar Təşkilatı bürosunun fəaliyyətini qənaətbəxş hesab etdi.

Bookmark and Share