Home az ru en

Elmi Şuranın növbəti iclası keçirilib

23/02/2017

Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. İclası açan rektor, akademik Abel Məhərrəmov gündəlikdə olan məsələləri elan edib.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri haqqında məruzə ilə çıxış edib.

Sonra Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov  rəhbərlik etdiyi fakültədə tədrisin və elmi fəaliyyətin təşkili, təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlərdən bəhs edib.

Elmi Şura alimlərə elmi adların verilməsi və cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Bookmark and Share