Home az ru en

Filologiya fakültəsində “Kitabi-Dədə Qorqud” və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfrans

30/12/2015

Bakı Dövlət Universitetinin filologiya fakültəsində “Kitabi-Dədə Qorqud” və Türk dünyası” mövzusunda beynəlxalq blmi konfrans keçirilib. Azərbaycan Şifahi xalq ədəbiyyatı kafedrası tərəfindən təşkil edilən konfransda elm xadimləri, gənc tədqiqatçılar və magistrantlar iştirak ediblər. Konfransı filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev açaraq onun əhəmiyyətindən bəhs edib və işinə uğurlar arzulayıb. Mövzu ilə bağlı videoçarxın nümayişindən sonra Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova çıxış edib. Konfransda professorlar - Füzuli Bayat, Rüstəm Kamal, Tofiq Hüseynoğlu və dosent Fikrət Şiriyev məruzə ediblər.

Tədbirdə muğam parçaları, aşıqların ifası da səslənib. Sonda “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında filologiya fakültəsinin tələbələrinin hazırladığı tamaşa göstərilib.

 

Bookmark and Share