Home az ru en

Filologiya fakültəsində su çərşənbəsi qeyd edilib

23/02/2016

Bu gün filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə tədbir keçirilib. Su çərşənbəsi münasibətilə təşkil olunan tədbirdə xalqımızın Novruz adət-ənənələri, milli geyimləri təqdim olunub. Filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev tədbirin əhəmiyyətindən danışıb və onun təşkilində zəhmət çəkən Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucovaya minnətdarlığını bildirib. Sonra Filologiya fakültəsi tələbələrinin, magistrlarının hazırladıqları səhnəciklər göstərilib. Novruzun rəmzləri olan Bahar qızı, Kosa, uşaq aşıqlar qrupu və muğam üçlüyünün ifa etdikləri musiqilər tədbirə əlavə rəng qatıb. 
Tədbirin sonunda qonaqlara bayram şirniyyatları ilə bəzənmiş çay süfrəsi təqdim olunub.

Bookmark and Share