General Polad Həşimovun əziz xatirəsinə
11/02/2021Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzi Azərbaycanın Milli Qəhrəmanı şəhid general-mayor Polad Həşimovun xatirəsinə “General Polad” mahnısının klipini hazırlayıb. Mahnının musiqisi mərhum bəstəkar Nailə Mirməmmədliyə, sözləri Baba Vəziroğluya məxsusdur. Musiqini BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin solisti Aslan Əzimzadə ifa edib. Klipin rejissoru Vahid Orucoğludur. Klip BDU TV və Azərbaycan Film Akademiyasının texniki dəstəyi ilə çəkilib.
