Home az ru en

Keçmiş səfir BDU tələbələri ilə görüşüb

17/11/2016

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Azərbaycanın Türkiyədə və İspaniyadasəfiri olmuş professor Məmməd Əliyev ilə görüş keçirilib. Fakültə tələbələrinin iştirak etdiyi görüşü Tələbə Gənclər Təşkilatının fakültə üzrə sədri Ləman Qurbanova açıb. O, professor Məmməd Əliyevin 1992-2005-ci illərdə Türkiyədə, 2005-2009-cu illərdə isə İspaniyada səfir kimi ölkəmizi təmsil etdiyini bildirib, fəaliyyəti haqqında ətraflı məlumat verib.

Dəvətə görə təşəkkür edən qonaq son illər Azərbaycanın beynəlxalq əlaqələrinin daha da inkişaf etməsindən, səfir olduğu müddətdə ölkələrarası münasibətlərin inkişafı istiqamətində gördüyü  işlərdən bəhs edib, gələcəkdə bu sahədə çalışacaq tələbələrə tövsiyələrini bildirib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, qonaqla xatirə şəkli çəkdirilib.

Bookmark and Share