Home az ru en

Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri Milli Kitabxanada istehsalat təcrübəsində

23/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan IV kurs tələbələri Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında istehsalat təcrübəsi keçiblər.

Təcrübə zamanı tələbələr Milli Kitabxananın fəaliyyəti, strukturu, sənəd dövriyyəsi, kitab fondu, oxucu kateqoriyaları və müəssisədə iş prosesinin mərhələləri ilə tanış olublar.

Kitabxananın peşəkar mütəxəssisləri tərəfindən tələbələrə Azərbaycan Milli Kitabxanasından istifadə qaydaları, kitabxanaya üzv olmaq üçün tələb olunan prosedurlar, oxuculara innovativ xidmət üsulları izah olunub. Eyni zamanda, tələbələr müasir dövrün tələbi kimi kitabxana tərəfindən həyata keçirilən onlayn xidmətlər, o cümlədən məsafədən sifariş xidmətinin təşkili, virtual biblioqrafik sorğu xidməti, metodiki xidmət və digər iş üsullarının birbaşa iştirakçısı olublar.

Tələbələr təcrübə zamanı onlarda formalaşmış bilik və bacarıqların gələcək karyeralarında mühüm rol oynayacağını qeyd ediblər.

Bookmark and Share