Home az ru en

Ümummilli liderin xatirəsini anma günü münasibətilə ağacəkmə kampaniyası keçirilib

14/12/2015

Bakı Dövlət Universiteti ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə kampaniyası keçirib. Geniş bir sahəni əhatə edən bu yaşıllaşdırma aksiyasında universitetin rektoru, akademik Abel Məhərrəmov, çoxsaylı əməkdaşlar və tələbələr iştirak edib. Müvafiq ərazi təmizlənərək, rekultivasiya edilib və yüzlərlə ağac əkilib.

Rektor Abel Məhərrəmov bildirib ki, ulu öndər Heydər Əliyevin anım günü münasibətilə Bakı Dövlət Universitetində çoxsaylı tədbirlər, o cümlədən irsinin öyrənilməsi ilə bağlı elmi toplantılar, anım mərasimləri keçirilib. Bu aksiya keçirilən silsilə tədbirlərə daxildir və istər kollektiv, istərsə də tələbələr bu aksiyaya böyük həvəslə qatılıblar. Bu gün burada əkilən yüzlərlə ağac möhtərəm Prezidentimiz İlham Əliyevin ölkədə ekoloji durumu bir qədər də yaxşılaşdırmaq, yaşıllıq zonaları salınmaq istiqamətində həyata keçirdiyi böyük layihələrin dəstəklənməsi, Heydər Əliyev Fondunun “Hərəyə bir ağac əkək” aksiyasının davamıdır.


Bookmark and Share