Home az ru en

Nə? Harda? Nə zaman? intellektual birinciliyi keçirilib

15/11/2016

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən İn Clubun Nə? Harda? Nə zaman? intellektual birinciliyi keçirilib. Yarışmanı giriş sözü ilə açan BDU THİK-in sədri Daşqın Qənbərov təşkilatın ümumi fəaliyyətindən söz açaraq, həyata keçirlimiş layihələr haqqında məlumat verib. Yarışmanın  gənclərin asudə vaxtının daha səmərəli keçirilməsi üçün əhəmiyyətli olduğunu qeyd edib. Sonra İn Clubun sədri Nəcməddin Sofiyev klubun iki illik fəaliyyəti haqqında danışıbvə beləyarışmaların davamlı olaraq keçiriləcəyini bildirib. Ümumilikdə yarışmada 200-dən çox tələbənin iştirakı ilə 35 komanda iştirak edib. 36 sualda ibarət olan yarışmada I yeri 17 düzgün cavabla “Demioro”, II yeri 15 düzgün cavabla “Paradoks”, III yeri isə 12 düzgün cavabla “Komandanın adı” komandaları qazanıb. Yarışda iştirak edib ilk 12 yeri tutan komandalar isə növbəti mərhələyə vəsiqə qazanıb.

Bookmark and Share