Home az ru en

SƏS VER!

25/04/2016

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən irəli sürülmüş "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" adlı petisiya layihəsi öz işini davam etdirir. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub.

Müraciətdə layihə iştirakçıları AŞPA-nın 2085 saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi faktını, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbini, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olduğunu, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələ biləcəyini, ATƏT-in Minsk Qrupunun torpaqlarımızın işğaldana zad edilməsində heç bir nəticə əldə etmədiyini nəzarə alaraq, Obama Administrasiyasını sözügedən qətnaməni dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırır.

Petisiyada iştirak etmək istəyənlər linkə daxil olaraq səsvermədə iştirak edə bilərlər:https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe . Qeyd edək ki, səsvermədə 13 yaşdan yuxarı hər bir kəs iştirak edə bilər. Bir qurğudan (kompüter, mobil telefon və s. ) yalnız bir səs verilə bilər.

Bookmark and Share