Home az ru en

Təhsil naziri Emin Əmrullayev Prezidentə müraciət ünvanlayıb

18/11/2020

Möhtərəm cənab Prezident!
Vətən Müharibəsində inamlı qələbə qazanmaqla 30 ilə yaxın Ermənistanın işğalı altında olan əzəli torpaqlarımızın azad edilməsi münasibətilə Sizi və müzəffər Azərbaycan Ordusunu ölkəmizin bütün təhsil işçiləri adından ürəkdən təbrik edirik. Ali Baş Komandan kimi qazandığınız bu tarixi qələbə şanlı tariximizə qızıl hərflərlə yazılmışdır. Bu möhtəşəm qələbə xalqımızın inamını özünə qaytarmış, uzun illər ərzində doğma yurdlarına qayıtmaq eşqi ilə yaşayan məcburi köçkünlərin həsrətinə son qoymuşdur. Eyni zamanda bu qələbə bütün dünyada Azərbaycan dövlətinin və xalqının qüdrətini və sarsılmaz iradəsini, Ordumuzun gücünü nümayiş etdirmişdir. Bu qələbə Azərbaycanı sonsuz məhəbbətlə sevən Ümummilli lider Heydər Əliyevin azadlıq ideallarının parlaq təzahürü kimi xüsusilə əhəmiyyətlidir.

Möhtərəm cənab Prezident!

Bu qələbə həm də ölkəmizdə quruculuq və inkişaf üçün müstəsna imkanlar yaratmışdır. İnanırıq ki, Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması ölkəmizin sosial-iqtisadi tərəqqisinə əlverişli zəmin yaradacaq.
Bu misilsiz qələbə münasibətilə bır daha Zati-alilərinizi ürəkdən təbrik edir, doğma Azərbaycanımızın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda göstərdiyiniz qətiyyətə, əzmkarlığa, hərbi-siyasi iradəyə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın parlaq gələcəyi naminə çətin, lakin son dərəcə şərəfli və məsul fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzu edirik. Əmin ola bilərsiniz ki, bütün təhsil işçiləri Sizin ətrafınızda sıx birləşmişdir və ölkəmizin inkişafı naminə üzərlərinə düşən öhdəlikləri böyük əzmlə yerinə yetirəcəklər.

Hörmətlə,
Emin Əmrullayev, təhsil naziri.
Azərbaycan Respublikası, Bakı şəhəri.

https://president.az/articles

Bookmark and Share