Home az ru en

“Verilənlər Bazası Strukturu və Təhlükəsizlik problemləri” mövzusunda təlim

07/04/2016

Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Verilənlər Bazası Strukturu və Təhlükəsizlik problemləri” mövzusunda təlim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, çıxış edən BDU THİK sədr müavini Eltac Cəbiyev fəaliyyət göstərdiyi təşkilatın tələbələrin hərtərfəli inkişafına verdiyi dəstəkdən danışıb. BDU-nun İnformasiya texnologiyalari mərkəzində Mühəndis-elektronçu Nuriyyə Mustafayeva seminarın mövzusunun aktuallığı və tələbələrin marağını vurğulayıb. Məruzəçi qismində iştirak edən Azərişıq ASC-nin İnformasiya Texnologiyaları Departamenti Departament Direktoru Qalib Həmidov tələbələrə verilənlər bazaları haqqında ümumi anlayış verilənlər bazalarının qurulması, verilənlər bazasının özəllikləri (Table, View, İndex, Tablespace, Tregger), Backup və Recovery texnologiyaları (init.ora spfile.ora) kimi mövzulardan bəhs edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bookmark and Share