Home az ru en

“Xalqımızın qəhrəmanlıq tarixi” adlı kitab sərgisi

27/05/2021

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında 28 may - Respublika Gününə həsr olunmuş “Xalqımızın qəhrəmanlıq tarixi” adlı kitab sərgisi təşkil edilib. Sərgidə Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı, tarixi abidələrindən bəhs edən nəşrlər, eyni zamanda, görkəmli şəxsiyyətlər, sərkərdə və dövlət xadimləri haqqında 100-dək kitab nümayiş etdirilir. Nümayiş olunan nəşrlər arasında müstəqilliyə aparan çətin və keşməkeşli yol, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin əsas aspekt və mərhələləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inkişaf və quruculuq siyasətini əks etdirən kitablar xüsusi yer tutur.

Bookmark and Share